МN hərbi əməkdaşlarının rütbəyə görə maaşlarının məbləği təsdiq edilib
sizinxeber.az xəbər saytı

МN hərbi əməkdaşlarının rütbəyə görə maaşlarının məbləği təsdiq edilib


Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata
keçirilməsini təmin etsin.

Qərarla aşağıdakılar təsdiq olunub:

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri;

- Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri ;

-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri.

Oxşar xəbərlər

Daxili Qoşunların Baş İdarəsinin hərbçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
XRİTDX-nin işçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı yeni redaksiyada təsdiq olunub
Ədliyyə Nazirliyinin əməkdaşlarının maaşları yeni redaksiyada təsdiq edilib
DGK-nin əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər