Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı yeni redaksiyada təsdiq olunub
sizinxeber.az xəbər saytı

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı yeni redaksiyada təsdiq olunub


Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın xəbərinə görə, qərara əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq olunub.

Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Oxşar xəbərlər

XRİTDX-nin işçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib
Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərin maaşları artırılıb
Prezidentin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları 10 faiz artırılacaq
DSX və SHXÇDX-nın həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər