XRİTDX-nin işçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
sizinxeber.az xəbər saytı

XRİTDX-nin işçilərinin maaşları yeni redaksiyada təsdiqlənib


Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Sizinxeber.az-nın xəbərinə görə, həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan 2 mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq olunub.

Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Oxşar xəbərlər

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərin maaşları artırılıb
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarında artım olub
DTX-nın hərbi qulluqçularının maaşlarının məbləğlərində dəyişiklik edilib
DSX və SHXÇDX-nın həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb
Prezidentin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları 10 faiz artırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər