"Xocavənd əməliyyatı”nda iştirak edən hərbçilərin komandiri: Onlar əsir düşməmək üçün özlərini partladıblar
"Xocavənd əməliyyatı"nda iştirak edən yeddi hərbçi əsir düşməmək üçün özlərini partladıblar.
Bu sözləri "Report"a açıqlamasında "Xocavənd əməliyyatı"nda iştirak edən hərbçilərin komandiri, "Azərbaycan Bayrağı" ordenli ehtiyatda olan polkovnik Xətai Baxışov deyib.
O bildirib ki, 1997-ci ildə müdafiə nazirindən tapşırıq alandan sonra kəşfiyyatçılar Qarabağa döyüş tapşırığını yerinə yetirməyə göndərilib:
"Onlar tapşırığı yerinə yetirdikdən sonra 3 gün son güllələrinə qədər döyüşüblər, sonra isə əsir düşməmək üçün özlərini partladıbar. Ümummilli Lider Heydər Əliyevin səyi ilə qəhrəmanların nəşləri 6 aydan sonra Ermənistandan alınıb. Onların nəşlərini almaq üçün bir neçə erməni meyiti verilmişdi".
X.Baxışovun sözlərinə görə, əməliyyata dair müəyyən kəşfiyyat məlumatları əldə ediləndən sonra Prezident Heydər Əliyevin fərmanı ilə həmin hərbi qulluqçular "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib:
"Digər hərbi qulluqçu Aqil Əhmədov yaralı və huşunu itirmiş halda əsir düşmüşdü. O, 1 il 11 aydan sonra Azərbaycana qaytarıldı".
Oxşar xəbərlər
"Xocavənd əməliyyatı” şəhidlərinin məzarları ziyarət olunub
"Xocavənd əməliyyatı" keçirilən ərazidə şəhid olan kəşfiyyatçıların xatirəsi anılıb - FOTO
Ekspert: Hadrut əməliyyatı göstərdi ki, ordumuz hər şəraitdə istənilən tapşırığı yerinə yetirməyə qadirdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Məcnun Məmmədov: "Ərzaq itkilərinin azaldılması ilə bağlı kompleks tədbirlər görülür"
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
