Zakir Həsənov Ermənistan tərəfindən istənilən təxribata qarşı çevik reaksiya ilə bağlı tapşırıqlar verib
Xəbər verdiyimiz ki, aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
APA xəbər verir ki, müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.
Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Müdafiə Nazirliyində son günlər Azərbaycan Ordusunun mövqelərinin mütəmadi olaraq atəşə tutulması müzakirə edilib
Müdafiə Nazirliyində müşavirə keçirilib, Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti müzakirə edilib
Zakir Həsənov revanşist qüvvələrin ehtimal olunan bütün təxribatlarına hazır olmaqla bağlı tapşırıqlar verib
Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəddə ordunun döyüş hazırlığını yoxlayıb
Zakir Həsənov Xankəndidə müşavirə keçirib, Ermənistanla şərti sərhəddə əməliyyat şəraiti təhlil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı yeddi nəfər saxlanılıb - YENİLƏNİB
