Müdafiə Nazirliyində son günlər Azərbaycan Ordusunun mövqelərinin mütəmadi olaraq atəşə tutulması müzakirə edilib
Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, mövqelər üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-də nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videobağlantı formatında keçirilən xidməti müşavirədə qeyd olunub.
Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib
Azərbaycan MN: Ermənistan təxribatlarını gizlətməyə çalışır
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib, Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud şərait təhlil edilib
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib, Ermənistanla şərti sərhəddə mövcud əməliyyat şəraiti təhlil olunub
Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, eləcə də peşəkar kadr hazırlığı başlıca məqsədimizdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













