Ən çox silah ixrac edən ölkələrin reytinqi açıqlanıb
sizinxeber.az xəbər saytı

Ən çox silah ixrac edən ölkələrin reytinqi açıqlanıb


2024-cü ilin yekunlarına görə, ən çox silah ixrac edən ölkələrin reytinqi açıqlanıb.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, 20 ölkənin yer aldığı və Dünya Silah Ticarətinin Təhlili Mərkəzi (CAMTO) tərəfindən hazırlanan reytinqdə yalnız ixracatçı ölkələr tərəfindən silah və hərbi texnikanın tədarükü üçün müəyyən edilmiş müqavilələr nəzərə alınıb.

Ən çox silah ixrac edən ölkələrin reytinq cədvəlinə ABŞ (42,329 milyard dollar-37,92%) başçılıq edir.

Siyahıda ikinci pillədə Rusiya (13,75 milyard dollar-12,32%), üçüncü yerdə Fransa (7,698 milyard dollar-6,90%), dördüncü yerdə Cənubi Koreya (5,691 milyard dollar-5,10%) gəlir.

İlk beşliyi (5,690 milyard dollar-5,10%) İtaliya tamamlayır.

Çin siyahıda (3,216 milyard dollar-2,88%)10-cu, Türkiyə Respublikası isə (2,536 milyard dollar) 13-cü pillədə qərarlaşıb. Ən çox silah satan ölkələrin ilk 20-liyində Almaniya, İsveç, İsrail, Norveç, İspaniya, Böyük Britaniya, Niderland, Avstraliya, İsveçrə, Polşa, Kanada, Hindistan və Braziliya yer alıblar.

2024-cü ildə adi silahların dünya ixracı/idxalının həcmi BMT Reyestrinin təsnifatına və Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin qiymətləndirməsinə görə 111,615 milyard dollar təşkil edib ki, bu da Soyuq Müharibə dövrünün bitməsindən bəri ən yüksək nəticədir.

Oxşar xəbərlər

Cənubi Koreya 2024-cü ildə 9,5 milyard dollarlıq silah ixrac edib
Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit alıb
Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit götürüb
ABŞ-nin silah şirkətləri Ukraynadakı münaqişədən 317 milyard dollar qazanıblar
Dövlət Departamenti Ər-Riyada 1 milyard dollarlıq silah satışına icazə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle