Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub
Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrində olub.
Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu"nun dinləyiciləri tədris gəzintisi çərçivəsində Azərbaycan HDQ-ni ziyarət ediblər.
Əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistan İslam Respublikasının dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Kontr-admiral Ehsan Ahmed Xan protokola uyğun olaraq, "Şərəf kitabı"nı imzalayıb.
Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Pakistan HDQ Akademiyasının nümayəndə heyəti MMU-nu ziyarət ediblər
Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib
Azərbaycan-NATO əlaqələrinin inkişafı, orduda aparılan islahatlar müzakirə olunub
Kərim Vəliyev Pakistan Aviasiya Kompleksinin sədri ilə görüşüb
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













