Pakistan HDQ Akademiyasının nümayəndə heyəti MMU-nu ziyarət ediblər
Azərbaycan Respublikasında səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və Akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu"nun dinləyiciləri Milli Müdafiə Universitetində (MMU) olublar.
Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, Şəhidlər xiyabanını ziyarətlə başlayan səfər çərçivəsində qonaqlar Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edib, gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.
MMU-ya gələn qonaqları qarşılayan MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Azərbaycan və Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin ordularımızın birgə fəaliyyətində geniş əks olunduğunu xüsusi vurğulayan general-mayor Arif Həsənov, səfər müddətində nəzərdə tutulan tədbirlərin iştirakçılar üçün faydalı və maraqlı olacağına ümidvar olduğunu qeyd edib.
Nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və qarşıda duran məqsəd və vəzifələri haqqında brifinq təqdim olunub. Görüş əsnasında hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb. Protokola uyğun olaraq, kontr-admiral Ehsan Ahmed Xan "Şərəf kitabı"nı imzalayıb.
Daha sonra nümayəndə heyəti Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edib. Burada qonaqlar Azərbaycanın qədim hərb tarixi, döyüş ənənələri və qədim dövrlərin hərbi eksponatları ilə tanış olublar. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında başlanan ordu quruculuğumuzun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb və bunun nəticəsi olaraq, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Böyük Qələbəyə həsr olunmuş stend və eksponatlar qonaqlara təqdim olunub. Şəhidlərimizin şərəfinə hazırlanmış stenddə nümayiş etdirilən fotolar, hərbi geyimlər, şəxsi əşyalar, təltif olunduqları medal və ordenlərlə tanış olan Pakistan nümayəndə heyətinin sualları muzeyin əməkdaşları tərəfindən cavablandırılıb.


width="220" alt="Rusiya nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - VİDEO" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />