Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşıb
sizinxeber.az xəbər saytı

Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşıb


Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın da iştirak etdiyi “Qış təlimi-2025” hərbi təlimlərindən yeni görüntülər paylaşıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Bizi nə qar, nə şiddətli soyuq, nə də çətin relyef dayandıra bilər. Qar, soyuq və çətinliklər qarşısında birləşən güc hər zaman hədəfə çatar. Dost və müttəfiqlərlə qışın sərtliyinə baxmayaraq, hədəfləri vurmağa davam edirik. Yanvarın 20-də Qarsda başlayan, dost və müttəfiq ölkələrin də iştirak etdiyi “Qış təlimi-2025” uğurla davam edir”, - paylaşımda bildirilib.

Qeyd edək ki, müxtəlif ölkələrdən 12 mindən çox hərbçinin iştirak etdiyi təlimlərdə Azərbaycan da şəxsi heyətlə təmsil olunur.

Oxşar xəbərlər

Azərbaycan hərbçiləri Qarsda “Qış təlimi - 2025” beynəlxalq təlimində iştirak edirlər - FOTO
Gürcüstanda Azərbaycanın da iştirak etdiyi “Eternity 2024” hərbi təlimi davam edir - FOTO
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Türkiyə MN: “Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik
Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər