Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə "SAT-SAS-2024" birgə təlimi keçirilir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan MN-dən bildirilib.
Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Birgə təlim noyabrın 29-dək davam edəcək.
Oxşar xəbərlər
HDQ-də "Partlayıcı sursatların zərərsizləşdirilməsi" kursu keçirilir - VİDEO
Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının təlimi keçirilir - VİDEO
Azərbaycan Ordusunun döyüş gəmiləri və dəniz piyadalarının təlimi keçirilib - VİDEO
Xəzərdə keçirilən "Dalğa-2024" birgə taktiki təlimi başa çatıb - VİDEO
Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













