Müdafiə Nazirliyinin rəhbərliyi Zəfər Günü ilə bağlı hərbi polis bölməsində olub - VİDEO
Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi polis bölmələrindən birinin daimi dislokasiya məntəqəsini ziyarət edib.
Sizinxeber.az xəbər verir iki, bu barədə MN-dən bildirilib.
Nazirliyin rəhbərliyi burada xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti və məişət şəraiti ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra nazirliyin rəhbər heyəti bölmənin nümayiş məşğələsini izləyib.
Hərbi qulluqçularla görüşən nazirliyin rəhbərliyi onların qayğıları ilə maraqlanıb. General-polkovnik Z.Həsənov şəxsi heyəti qarşıdan gələn 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Nazirliyin rəhbər heyəti hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu təltif edib.
Müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda hərbi hissənin ərazisində xatirə ağacları əkilib.
Oxşar xəbərlər
Zakir Həsənov və Hikmət Mirzəyev Ermənistanla şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüblər - FOTO
MN rəhbərliyi Anım Günündə Zəfər parkında olub
Zakir Həsənov Çin şirkətinin rəhbərliyi ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib
Zakir Həsənov "ADEX"də nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub
Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













