Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında "Məharət-2024" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində sentyabrın 30-dan etibarən keçiriləcək təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunacaq.
Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, "Məharət-2024" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb
Azərbaycanın da iştirak etdiyi “Eternity 2024” komanda-qərargah təlimi başa çatıb - FOTO - VİDEO
Azərbaycanın da iştirak etdiyi “ETERNITY 2024” komanda qərargah təlimi başlayıb - VİDEO
Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi başlayıb - FOTO
Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarının təlimi keçirilir - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













