Müdafiə naziri Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib
sizinxeber.az xəbər saytı

Müdafiə naziri Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığında deyilir:

"Pençe-Kilit antiterror əməliyyatı bölgəsindəki əməliyyat-axtarış tədbirlərində 2022-ci ilin 28 may tarixində terrorçuların açdığı atəş nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin bir nəfər zabitinin nəşinin axtarışı zamanı cari ilin 6 iyul tarixində mağarada metan qazından təsirlənən 19 türk hərbi qulluqçusundan 5 nəfərinin şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan qəti mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Müalicə olunan hərbi qulluqçulara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".

Oxşar xəbərlər

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib
Zakir Həsənov Qazaxıstan tərəfinə başsağlığı verib
Zakir Həsənov Bağerinin həlak olması ilə bağlı başsağlığı verib
Müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər