Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
sizinxeber.az xəbər saytı

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Nazirlikdən "Report"a verilən məlumata əsasən, başsağlığında deyilir: "Pençe-Kilit antiterror əməliyyatı bölgəsindəki əməliyyat-axtarış tədbirlərində 2022-ci ilin 28 may tarixində terrorçuların açdığı atəş nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin bir nəfər zabitinin nəşinin axtarışı zamanı cari ilin 6 iyul tarixində mağarada metan qazından təsirlənən 19 türk hərbi qulluqçusundan 5 nəfərinin şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan qəti mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Müalicə olunan hərbi qulluqçulara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Oxşar xəbərlər

Azərbaycan müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi
Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verib
Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Zakir Həsənov Qazaxıstan tərəfinə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle