Azərbaycan Qazaxıstanda 20 milyon dollarlıq turizm kompleksinin inşasını planlaşdırır
- 6-08-2025, 11:00
- Turizm
- 0
- 20 129
Azərbaycan Qazaxıstanın cənub-şərq hissəsində, müalicəvi xüsusiyyətləri və füsunkar təbiəti ilə tanınan Alakol gölünün sahilində beynəlxalq müalicə-sağlamlıq kompleksi inşa edəcək.
“Sizinxeber.az”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu məsələni Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Abay vilayətinin akimi Berik Uali ilə müzakirə edib.
İkitərəfli görüşdə, həmçinin Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının sədr müavini, Türk Sahibkarlar Assosiasiyasının İdarə Heyətinin sədri Aslan Kuniyarov, Azərbaycan İnvestisiya Holdinqinin və İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndə heyəti Alakol sahilində beynəlxalq müalicə-sağlamlıq kompleksinin tikintisi üzrə investisiya layihəsini təqdim edib. İnvestorlar eyni vaxtda 800 nəfəri qəbul etmək üçün nəzərdə tutulmuş ilboyunca fəaliyyət göstərəcək turizm obyekti tikməyi planlaşdırırlar. Layihəyə investisiya dəyəri 20 milyon ABŞ dolları təşkil edir. Kompleksin istifadəyə verilməsi ilə təxminən 200 yeni iş yeri yaradılacaq.
Bundan əlavə, layihə regionun turizm baxımından cəlbediciliyini artırmağa, yerli büdcəyə vergi daxilolmalarını artırmağa, tibb və istirahətin kəsişməsində yeni klaster formalaşdırmağa imkan verəcək.
A.Bayel görüşdə qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər müttəfiqliyin yeni səviyyəsinə yüksəlib. Səfir Qazaxıstan rəhbərliyinin qarşıya bir sıra vəzifələr qoyduğunu xatırladıb. Buraya iqtisadi əlaqələrin gücləndirilməsi və turizm sahəsi də daxil olmaqla birgə layihələrin həyata keçirilməsi daxildir.
"2024-cü ildə biz Qazaxıstan və Azərbaycanın birgə investisiya fondunu yaratdıq. Əgər Alakoldakı layihə həyata keçirilsə, o, bu fond çərçivəsində ilk layihələrdən biri ola bilər", - diplomat vurğulayıb.
Vilayət akimi turizm layihəsinin region üçün əhəmiyyətini də vurğulayıb: "Qazaxıstan və Azərbaycan qardaş xalqlardır. Bizi ortaq tarix və mənəvi köklər birləşdirir. Sizin səfərinizə və məhz bizim vilayətimizdə böyük turizm kompleksinin inşası təşəbbüsünüzə şadıq. Hazırda Alakol turizm zonasının Baş planı hazırlanır. Biz tikinti üçün sahə ayırmağa hazırıq. Hökumət lazımi dəstəyi göstərəcək".


width="220" alt="Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı genişləndirirlər" />
width="220" alt="Azərbaycan və Qazaxıstan birgə brend altında ilk un tədarükü barədə razılaşıblar" />
width="220" alt="Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının fəaliyyəti müzakirə edilib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />