Aktauda təyyarə qəzası qurbanlarının anım mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Aktauda təyyarə qəzası qurbanlarının anım mərasimi keçirilib


Bu gün Aktauda 2024-cü ilin dekabrın 25-də baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus təyyarə qəzasında həlak olanların anım mərasimi keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, tədbiri Qazaxıstanın Azərbaycandakı səfirliyi və Manqistau vilayətinin akimatı təşkil edib.

Tədbirdə Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı və başqaları iştirak ediblər.

Tədbirin əvvəlində Quran-i Kərimdən ayələr oxunub. Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay həlak olanların yaxınlarına başsağlığı verərək bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın nəticələrinin aradan qaldırılması, səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə Hökumət Komissiyası yaradılıb.

N.Kilıbay xilasedicilərə, tibb işçilərinə və bütün laqeyd qalmayan qazaxıstanlılara bir daha təşəkkürünü bildirib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, bu gün Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər həqiqətən də müttəfiqlik xarakteri alıb. O, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstanın və Azərbaycanın Türk dünyasının mühüm oyunçuları, həmçinin Avrasiya nəqliyyat-logistika sisteminin əsas həlqələri olduğunu vurğulayıb.

Tədbir çərçivəsində həlak olmuş qazaxıstanlıların yaxınlarına Almatı şəhərindəki yeni yaşayış kompleksində yerləşən beş ikiotaqlı mənzillərin açarları təqdim edilib.

Oxşar xəbərlər

Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi anılıb
Qazaxıstan Aktauda təyyarə qəzası nəticəsində həlak olanların yaxınlarına köməklik göstərəcək
Qazaxıstan səfiri Azərbaycana təyyarə qəzası ilə bağlı başsağlığı verib
Təyyarə qəzasında ölənlərin xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın bir sıra limanlarında Xəzərə əklillər buraxılıb - FOTO
Təyyarə qəzasında həlak olan azərbaycanlıların nəşi Aktaudan Bakıya göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər