Azərbaycanda dörd mühüm sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə etdiyi son səfər iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm mərhələ oldu. Belə fəal əməkdaşlıq fonunda iki ölkə arasındakı biznes fəaliyyəti artır, bu amil isə xüsusilə Çin şirkətlərinin Bakıdakı beynəlxalq ticarət sərgilərində iştirakı ilə özünü parlaq şəkildə əks etdirir.
Sizinxeber.az xəbər verir ki, 2025-ci ilin yaz sərgi mövsümü çərçivəsində Azərbaycanda "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri tərəfindən təşkil edilən dörd mühüm sərgidə 30-dan çox Çin şirkəti iştirak edəcək. Bu sərgilər iqtisadiyyatın strateji sahələrini – kənd təsərrüfatı, qida sənayesi, energetika, nəqliyyat və logistika sahələrini əhatə edir.
18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində 10 Çin şirkəti iştirakını təsdiqləyib. Bu şirkətlər sırasında "Beijing Yifan Technology", "HEFS Food", "Linyi Chengmei Peanut Foodstuff", "Lovol", "RegAgro Tech", "Shanghai Allynnav Technology", "Shandong Binnong Technology" və digər şirkətlər yer alır.
Regionun ən böyük energetika tədbiri olan 30-cu Yubiley “Baku Energy Week” (Bakı Enerji Həftəsi) xüsusi diqqət çəkir. Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gas”, “Caspian Power” sərgiləri və “Baku Energy Forum” keçiriləcək. Hazırda 21 Çin şirkətinin bu tədbirdə iştirakı təsdiqlənib. Onlar arasında “GS Oiltools", "Hangzhou Fortune Gas Cryogenic Group", "Hebei Longway Petroleum Equipment", "Jiangsu Changbao Steel Tube", "Linzhou Fengbao Pipe Industry", "LONGi Solar Technology", "Neway Valve" (Suzhou) və digər tanınmış şirkətlər yer alır.
22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” Sərgisində isə Çin şirkətləri olan “Qingdao Fengtie International Logistics” və “Shenzhen Morning Int’l Shipping” artıq iştiraklarını təsdiqləyiblər.
Çin şirkətlərinin sərgilərdə fəal iştirakı, Azərbaycanın Avrasiyada logistika, energetika və kənd təsərrüfatı sahələrində strateji əhəmiyyətini bir daha vurğulayır, həmçinin Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsinə olan artan marağını da aydın şəkildə nümayiş etdirir.
Oxşar xəbərlər
Beynəlxalq sərgilər mövsümünə may ayında start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mayda “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADEX sərgisində 37 ölkədən 218 şirkət iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
30-cu Yubiley Bakı Enerji Həftəsinə hazırlıq aktiv şəkildə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












