Beynəlxalq sərgilər mövsümünə may ayında start veriləcək
“Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, beynəlxalq sərgilər mövsümünə may ayında start verəcək. Bu il Azərbaycanın müvafiq dövlət qurumları və strukturlarının dəstəyi ilə ümumilikdə 13 tədbirin keçirilməsi nəzərdə tutulub.
“APA-Economics” xəbər verir ki, sərgi təqvimində yer almış yaz mövsümü üzrə bir sıra sərgilər üçün 2025-ci il əlamətdar olacaq, sərgilər yubileyini qeyd edəcək.
Regionun ən böyük qida sənayesi üzrə ixtisaslaşmış sərgisi olan “InterFood Azerbaijan” sərgisi 30 illik yubileyini keçirəcək. 30 illik yubileyini qeyd edən digər tədbir isə Azərbaycanın enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsidir.
Sərgilərin ölkə üçün əhəmiyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu tədbirləri ziyarət etməsi vurğulayır. Bütün sərgilər müvafiq dövlət qurumları və strukturlarının dəstəyi ilə keçirilir.
2025-ci ilin yaz sərgi mövsümünə 13-16 may tarixlərində regionun ən böyük beynəlxalq kənd təsərrüfatı və qida sənayesi tədbirləri olan 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri start verəcək.
Yaz mövsümü 2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək enerji sahəsinin ən böyük hadisələrindən olan 30-cu Yubiley “Baku Energy Week” ilə davam edəcək.
3 və 4 iyun tarixlərində Bakı Konqres Mərkəzində “Baku Energy Week”in əsas hadisəsi olan “Baku Energy Forum” (Bakı Enerji Forumu) baş tutacaq. Bu il 30 illik yubileyini qeyd edən Forum “Baku Energy Week”in əsas iştirakçılarını, aparıcı dünya mütəxəssislərini, dövlət qurumlarının və özəl sektorun nümayəndələrini, investorları və biznes nümayəndələrini strateji dialoq üçün bir araya gətirir. Burada enerji sənayesinin gələcək gündəliyi formalaşır, strateji təşəbbüslər və inkişafın əsas tendensiyaları müzakirə edilir. Bu il “Baku Energy Forum”un əsas mövzuları dayanıqlı enerji sənayesinin inkişafı, enerji sektorunun rəqəmsallaşdırılması, yaşıl enerji layihələrinin sürətləndirilməsi və dekarbonizasiya üçün innovativ həllərin araşdırılmasıdır. Bu müzakirələr qlobal enerji sektorunun transformasiyasına istiqamət verərək onun gələcəyini müəyyənləşdirməkdə mühüm rol oynayacaq.
Tədbir çərçivəsində “Zero Waste” və “Zero Food Waste” təşəbbüsləri həyata keçirilir ki, bu da təşkilatçıların dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayır.
2025-ci ilin 2-4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “TransLogistica Caspian”, nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya regionunu peşəkarlarını bir araya gətirir.
Oxşar xəbərlər
Mayda “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
30-cu Yubiley Bakı Enerji Həftəsinə hazırlıq aktiv şəkildə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda növbəti "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Haysam Əl-Qays: Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il “Rebuild Karabakh” sərgisi 5 illik Yubileyini qeyd edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












