Azərbaycanın voleybol milliləri növbəti matçlarına çıxacaqlar
sizinxeber.az xəbər saytı

Azərbaycanın voleybol milliləri növbəti matçlarına çıxacaqlar


Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər.

"Sizinxeber.az"un məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu qadınlardan ibarət komanda Qızıl Avropa Liqasında Monteneqro ilə üz-üzə gələcək.

Slovakiyanın paytaxtı Bratislavadakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Milli daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3 hesabı ilə uduzub.

Kişilərdən ibarət kollektiv isə Gümüş Avropa Liqasında Gürcüstan seçməsinin müqavimətini qırmağa çalışacaq. İsveçdə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Yığma ötən gün meydan sahiblərinə məğlub olub - 0:3.

Oxşar xəbərlər

Azərbaycan yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək
Azərbaycan yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirib
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti görüşlərini keçirəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər