“Bakı Marafonu 2025” emosiyalar dolu yarış
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Marafonu başa çatsa da, yaşanan müsbət emosiyalar, maraqlı anlar hələ uzun müddət iştirakçıların yaddaşında qalacaq.
“Report” xəbər verir ki, budəfəki marafon həm də rekord iştirakçı sayı ilə yadda qaldı. “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr – Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən qoşulanlar olub.
Yürüşdə fiziki imkanları məhdud şəxslər və daun sindromlu uşaqlar da iştirak edib.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edib.
“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun qalibləri:
Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıb. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı da “Bakı Marafonu 2025”in medalları ilə mükafatlandırılıb.
Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı” nominasiyalarında da mükafatlar təqdim edilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.
"Report" xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub.
Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Bürünc medalı isə Türkiyənin digər təmsilçisi Murat Emekdar qazanıb.
Qadınların mübarizəsində ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yeri tutub.
Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq.
Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.
Oxşar xəbərlər
Bakı Marafonu 2025”-ə start verilib - FOTOLENT
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib - FOTOLENT - YENİLƏNİB
"Bakı Marafonu"nda rekord iştirakçı qeydiyyatdan keçib
“Bakı Marafonu 2025”ə qeydiyyat başlayır
"Bakı Marafonu-2025"ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













