“Bakı Marafonu 2025”ə qeydiyyat başlayır
Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” təşkil ediləcək.
Sizinxeber.az xəbər verir ki, 2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
Yarışda iştirak üçün qeydiyyat martın 4-dən aprelin 25-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu 2025”in saytına - www.marathon.az müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.
Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyat zamanı ödəniş məbləği 20 AZN təşkil edir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər təşkilatdan minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilir. Bakı marafonunda tələbələrin iştirakı Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etmirlər.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edəcək:
Dövlət Bayrağı Meydanı-Dənizkənarı Bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ Şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi–Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi-Üzeyir Hacıbəyli küçəsi, Neftçilər prospekti, Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu-Dövlət Bayrağı Meydanı.
“Bakı Marafonu 2025” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumat layihənin sosial şəbəkələrdəki səhifələrində, eləcə də www.marathon.az saytında təqdim ediləcək.
Əlavə məlumat üçün telefon nömrəsi: (012) 310 13 31
Oxşar xəbərlər
Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu yerləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN “Gənclik Mall”da təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
QHT-lər üçün “Qış məktəbi” təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












