Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"
sizinxeber.az xəbər saytı

Rimas Kurtinaytis: "Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm"


Xarakter göstərən bütün oyunçularıma təşəkkür edirəm.

"Sizinxeber.az"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Sərhədçi"yə qarşı Azərbaycan Basketbol Liqasının VI turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:

"Qarşılaşmanın əvvəlində yaxşı çıxış etmədik. Bunun da səbəbi qısa müddət ərzində ardıcıl ikinci oyuna çıxmağımız idi. Bərpa üçün vaxtımız az oldu. Buna baxmayaraq, fasilədən sonra sürəti artıraraq aqressiv çıxış etdik və bunun sayəsində 19 xallıq fərqi aradan qaldırmağı bacardıq. Çətin, amma vacib qələbə oldu. Bütün oyunçularıma xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Basketbolçularımızın "döyüşçü" keyfiyyətləri sayəsində biz bu görüşdə geridönüş etdik".

Qeyd edək ki, "Sərhədçi" - "Sabah" qarşılaşması ikincilərin 67:64 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Kurban Berdıyev: "Futbolçularıma xarakter göstərdiklərinə görə təşəkkür edirəm"
Rimas Kurtinaytis: "İki əsas oyunçumuzun yoxluğu Belçika klubu ilə matçda rotasiya imkanlarımızı məhdudlaşdırdı"
Rimas Kurtinaytis: "Adi epizodlarda top itkilərinə yol verdik"
"Abşeron"un baş məşqçisi: "Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq"
Qurban Qurbanovdan qələbə şərhi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər