Şahin Bağırov: "Voleybol çempionatı uğurlu keçdi" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
apr
2025
17:30

Şahin Bağırov: "Voleybol çempionatı uğurlu keçdi"

25 apr, 2025
17:30
456

Şahin Bağırov: "Voleybol çempionatı uğurlu keçdi"

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov voleybol çempionatının uğurlu keçdiyini bildirib.

"Sizinxeber.az"un məlumatına görə, kişi voleybolçular arasında "Murov Az Terminal" və "Azərreyl" arasında keçirilmiş ikinci final oyunundan sonra danışan qurum rəhbəri hər iki komandanın mövsüm ərzində layiqli mübarizə apardığını bildirib.

Onun sözlərinə görə, bu mövsüm Azərbaycan klublarında yerli məşqçilərə də şans verilib:

"Bu gün meydanda mübarizə aparan komandaları təbrik edirəm. Ümid edirəm ki, bu cür finalları daha çox izləyəcəyik. Dövlət tərəfindən hər zaman idmana böyük qayğı göstərilir. Bunun sayəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edirlər".

Bizimlə əlaqə saxlayın