"Abşeron"un baş məşqçisi: "Naxçıvan" üzərindəki qələbə bizə asan başa gəlmədi"
sizinxeber.az xəbər saytı

"Abşeron"un baş məşqçisi: "Naxçıvan" üzərindəki qələbə bizə asan başa gəlmədi"


"Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan"a qalib gələrək yarımfinala yüksəldikləri oyunu dəyərləndirib.

"Sizinxeber.az" xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə klubun mətbuat xidmətinə danışıb.

O, 78:73 hesablı qələbədən məmnun olduqlarını bildirib:

"Pley-in görüşlərindən bu yana çox yaxşı mübarizə aparırıq. İşimiz çətin idi. İlk oyunu uduzmuşduq. Bu qələbə asan başa gəlmədi. Oyunçularımı təbrik edirəm. Konsentrasiyalarını itirmədilər. Sona qədər mübarizə apardılar. Bu tip matçlar məhz yaxşı mübarizə aparıb sona qədər oynadıqda qalib gəlinir. Hər hansı gərgin məqamda pozitiv olmağa çalışdıq. Sonunda bacardıq. Hazırda çox yorğunuq. Yarımfinalın ilk oyununa qədər vaxt azdır. İstiahət edib, dərhal növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, bu gün baş tutan pley-off mərhələsinin üçüncü matçında "Abşeron" "Naxçıvan"a qalib gəlib. Bunadək tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə etmişdilər. Naxçıvan təmsilçisi növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

"Abşeron"un baş məşqçisi yarımfinala yüksəldikləri oyunu dəyərləndirib
"Abşeron"un baş məşqçisi "Naxçıvan"a qarşı oyunu dəyərləndirib
"Abşeron"un baş məşqçisi NTD-yə qarşı oyunu dəyərləndirib
"Naxçıvan"ın baş məşqçisi: "Birinci pillədə olmağa layiq komandayıq"
Azərbaycan Basketbol Liqası: Pley-off oyununda "Naxçıvan" "Abşeron"a qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər