"Sərhədçi"nin baş məşqçisi “Sabah”a məğlubiyyətin səbəblərini açıqlayıb
sizinxeber.az xəbər saytı

"Sərhədçi"nin baş məşqçisi “Sabah”a məğlubiyyətin səbəblərini açıqlayıb


"Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyununda “Sabah”a 77:104 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

O, məğlubiyyətdə aparıcı oyunçu Antonio Uliyamsın yoxluğunun da rol oynadığını söyləyib:

“Antonio Uliyamsın yoxluğu çətinlik yaratdı. Pley-offdakı matçları tək oyunqurucusu ilə oynadıq. Ailəsindəki problemlər səbəbindən o, ölkəsinə getmək məcburiyyətində qaldı. Tək oyunqurucusu ilə çıxış etmək çətindir. İlk matçda “Sabah”a qarşı 3 hissəni yaxşı oynadıq. Sadəcə, 4-cü hissədə rəqibə müqavimət göstərə bilməmişdik. Bunu yaxşı bilən “Sabah” da ikinci oyuna aqressiv müdafiə ilə başladı. Təəssüf ki, müdafiədə yaxşı çıxış etmədik. Ribaundları götürə bilmədiyimiz üçün rəqibin ikinci şansdan xallar qazanmasına imkan verdik. İstədiyimiz şəkildə liqa ilə vidalaşdıq”.

E.Alkaya komandanın cari mövsümdəki çıxışını da dəyərləndirib:

“Nəticə etibarı ilə komanda bu mövsüm pis oynamadı. Yaxşı basketbol göstərə bildik. Sadəcə, qazanmaq hər şeydən önəmlidir. Bu mövsümdə bizə dəstək olan idarəçilərə, oyunçulara təşəkkür edirəm, hər kəsə uğurlar arzulayıram. Pley-ində ikinci qrupun sürətli basketbol oynayan komandası ilə 3 matç keçirmək məcburiyyətində qaldıq. 8 gün ərzində “Sabah”a qarşı 4 matç keçirdik. Bu səviyyədə oyunçuların qısa müddət ərzində bu qədər oynaması çox çətinlik yaradır, yorğunluq olur. Bu da oyunlarımıza təsir etdi. Son matça çox gücsüz halda çıxdıq və matçı uduzduq. Növbəti mövsümdə hər kəsə uğurlar arzu edirəm”.

Oxşar xəbərlər

"Sərhədçi"nin baş məşqçisi: “Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq"
"Naxçıvan"ın baş məşqçisi: "Ötən oyuna nisbətən bu gün müdafiədə daha aqressiv idik"
"Gəncə"nin baş məşqçisi: "Diqqətimizi üçüncü oyuna yönəltmişik"
“Sabah” basketbol klubunun baş məşqçisi yarımfinala yüksəldikləri oyunu şərh edib
"Neftçi"nin məşqçisi: "Bu gün hücumda və müdafiədə yaxşı oynadıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər