"Sərhədçi"nin baş məşqçisi: “Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq"
“Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq.
"Report" xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının XIV turunda sabah “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, heyətdə itki olduğunu da vurğulayıb:
“Neftçi” iki, biz isə 3 oyun uduzmuşuq. Amma yaxşı oynadığımızı düşünürəm. “Naxçıvan”la matçda Milenko Velikoviçin zədəli olmasına baxmayaraq, inamlı çıxış etmişdik. “Neftçi” ilə görüşə yaxşı hazırlaşmışıq. Onların oyun tərzinə görə hazırlaşmışıq. Həqiqətən “Sabah” meydanda döyüşən “Sərhədçi”olacaq. Təəsüf ki, Kris Martinin zədəsi olduğu üçün ondan çox istifadə edə bilməyəcəyik. Amma yeni oyunçumuz Cimmi Nikolsdan yararlanacağıq. Düşünürəm ki, sabah özümüzü göstərməyi bacaracağıq və məğlubiyyət seriyasını bitirməyə çalışacağıq. Təəssüf ki, milli komandanın düşərgəsində olduğum üçün matçda iştirak edə bilməyəcəm. Amma köməkçim Murat Öney kollektivin başında olacaq. Bu qarşılaşmada qələbəyə ehtiyacımız var”.
Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" matçı sabah, saat 19:00-da "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Oxşar xəbərlər
Krunoslav Renduliç: Sabahkı oyuna yaxşı hazırlaşmışıq
"Naxçıvan"ın baş məşqçisi: "NTD-yə qarşı həqiqətən də çox pis oyun sərgilədik"
“Sərhədçi”nin basketbolçusu: "Neftçi”yə növbəti oyunda qalib gələcəyik"
"Abşeron"un baş məşqçisi: "Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq"
"Neftçi"nin baş məşqçisi: "Sabah"la oyundakı qalibiyyət çox vacib idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












