Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarına yekun vurulub
sizinxeber.az xəbər saytı

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarına yekun vurulub


Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşən matçda "Sərhədçi" "Sumqayıt"a 123:97 hesabı ilə qalib gəlib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan görüşdə isə "Ordu" "Quba" kollektivini 91:83 hesabı ilə üstələyib.

Tərəflər arasında növbəti qarşılaşma aprelin 14-də keçiriləcək. "Sumqayıt" - "Sərhədçi" görüşünün qalibi 1/4 finalda "Sabah"la, "Ordu" - "Quba" oyununda üstün olan tərəf növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-in mərhələsinin əvvəlki matçlarında "Gəncə" "Lənkəran"ı 96:92, "Abşeron" isə NTD-ni 88:74 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turuna yekun vurulub
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər