"Lənkəran"ın baş məşqçisi pley-ində "Gəncə"yə uduzduqları oyunu dəyərləndirib
"Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Gəncə"yə məğlub olduqları oyunu dəyərləndirib.
"Report"un məlumatına görə, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
Belaruslu baş məşqçi ikinci oyunda nəyinsə dəyişəcəyinə inanmadığını söyləyib:
"Bilmirəm, oyunçularıma nə deyim. Deyirlər ki, oyunun sonlarını məşqçilər uduzur, amma burda basketbolçuların top itkilərinin də rolu az olmadı. Danışmaq çox çətindir. Paltardəyişmə otağında basketbolçulara nə deyəcəyimi də bilmirəm. Öndə olduğun oyunlarda qələbənin son anda əldən getməsi oyunçuların psixoloji durumuna da çox pis təsir edir. Digər tərəfdən, heyətdə 10 basketbolçu var. Onlardan 7 və ya 8-ni oyuna buraxa bilirəm. Belə olanda da nəticə qazanmaq çətin olur. Lənkərandakı cavab oyununda da nəyinsə dəyişəcəyini düşünmürəm. Əksinə, "Gəncə" daha güclü heyətlə oynayacaq. Bu gün qələbə qazana bilərdik. Təssüf ki, bunu bacarmadıq. Çox üzücü şəkildə məğlub olduq".
Qeyd edək ki, Gəncə İdman Sarayında baş tutan "Gəncə" - "Lənkəran" matçı meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Lənkəran"ın baş məşqçisi "Şəki"yə uduzduqları oyunu dəyərləndirib
"Lənkəran"ın baş məşqçisi: "İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur"
"Ordu"nun baş məşqçisi "Quba"ya qalib gəldikləri oyunu dəyərləndirib
"Lənkəran"ın baş məşqçisi: "Səhvlər bizi aşağı doğru dartır"
"Lənkəran"ın baş məşqçisi: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












