"Lənkəran"ın baş məşqçisi: "Səhvlər bizi aşağı doğru dartır"
sizinxeber.az xəbər saytı

"Lənkəran"ın baş məşqçisi: "Səhvlər bizi aşağı doğru dartır"


Səhvlər bizi aşağı doğru dartır.

"Report" xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XI turunda "Gəncə" ilə matçdan (66:79) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyətin səbəbini oyunçu çatışmazlığı ilə əlaqələndirib:

"Bizim üçün çox çətindir. Əvvəlki kimi rotasiya problemimiz var. Çoxlu səhvlərin səbəbi 5 oyunçunun uzun müddət meydanda olmasıdır. Səhvlər bizi aşağı doğru dartır. Bu gün ötən qarşılaşmalara nisbətən daha yaxşı oyun nümayiş etdirdik. Amma bu qələbə üçün yetərli deyil. Məğlubiyyətlər basketbolçuların psixoloji durumuna da mənfi təsir edir. Yenə də bunun obyektiv səbəbləri olduğunu deyəcəyəm. Ümid edirəm ki, 3-cü qələbəmizi Lənkəranda qazanacağıq".

Oxşar xəbərlər

"Lənkəran"ın baş məşqçisi: "İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur"
NTD-nin baş məşqçisi: "Gələcəkdə bizi daha çox qələbələr gözləyir"
Rimas Kurtinaytis: "Müdafiədə fərdi səhvlər buraxdıq, bu isə hesabda əksini tapdı"
"Lənkəran"ın baş məşqçisi: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
"Gəncə"nin basketbolçusu: "İlk oyunda qələbə qazanmağımız çox vacib idi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər