"Lənkəran"ın baş məşqçisi "Şəki"yə uduzduqları oyunu dəyərləndirib
sizinxeber.az xəbər saytı

"Lənkəran"ın baş məşqçisi "Şəki"yə uduzduqları oyunu dəyərləndirib


"Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümünün sonuncu - XX turunda "Şəki"yə məğlub olduqları oyunu dəyərləndirib.

"Report"un məlumatına görə, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

Belaruslu baş məşqçi komandada basketbolçu sayının az olmasının məğlubiyyətlərə səbəb olduğunu bildirib:

"Ardıcıl məğlubiyyətlərdən sonra yaramış psixoloji gərginlik bu oyuna da təsir etdi. Komandada basketbolçu sayının az olması yenə sözünü dedi. Yalnız ilk 2 periodda rəqibə müqavimət göstərə bildik. Daha sonra yorğunluq nəzərə çarpırdı. Müdafiədə passiv olmağımız da məğlubiyyətə səbəb olan əsas amillərdən idi. Azakreşlərə dəstəklərinə görə təşəkkürümüzü bildiririk. Doğma meydanda qələbə qazana bilmədiyimiz üçün məyusuq. Artıq play-indəki görüşlərə köklənəcəyik. Həmin matçlarda maksimumu etməyə çalışacağıq".

Qeyd edək ki, "Lənkəran" - "Şəki" qarşılaşması qonaq komandanın 107:78 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

"Lənkəran"ın kapitanı: "Hər oyuna qələbə üçün çıxırıq"
"Quba"nın baş məşqçisi: "Müdafiədə etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq"
"Şəki"nin baş məşqçisi: "2 yerli basketbolçu ilə oynamaq bizim üçün çətin oldu"
"Lənkəran"ın baş məşqçisi: "Komandamızın əldə etdiyi nəticələr gözlənilən kimi olmadı"
"Lənkəran"ın baş məşqçisi:  "Uzaqdan atışları lazımi şəkildə yerinə yetirə bilmədik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər