Azərbaycan sərbəst güləşçiləri Avropa çempionatına 4 medalla start veriblər
Azərbaycan sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatına 2 gümüş və 2 bürünc medalla start veriblər.
Federasiyadan "Report"a verilən məlumata görə, Rəhman İmanov (57 kq) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib.
Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.
Murad Haqverdiyev (65 kq) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb – 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Kənan Heybətov (70 kq) finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirə bilməyib – 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analoji yarışı gümüş medalla başa vurub.
Fərid Cabbarov (79 kq) da finalda Rusiya təmsilçisiylə üz-üzə gəlib. Arsen Balayana 1:5 hesabıyla məğlub olan Fərid gümüş medalla kifayətlənib.
Oxşar xəbərlər
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəlib
Azərbaycan güləşçiləri Belarusda üç medal qazanıblar
Azərbaycan güləşçiləri Xorvatiyadakı turnirin son günündə 5 medal qazanıblar
Azərbaycan güləşçiləri dünya çempionatını 4 medalla başa vurub
Azərbaycan güləşçisi Avropa çempionatının qızıl medalını qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











