Azərbaycanın iki sərbəst güləşçisi Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəlib
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.
“Report” Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Kənan Heybətov (70 kq) qitə birinciliyinə möhtəşəm start verib.
Həmyerlimiz ukraynalı Narek Poqosyan, bolqarıstanlı Kaloyan Atanasov və belçikalı Muhammad Abduraxmanova vaxtından əvvəl – 10:0 hesabıyla qalib gələrək adını finala yazdırıb. Kənan qızıl medal uğrunda rusiyalı Maqomed Eltemirovla mübarizə aparacaq.
Fərid Cabbarovun (79 kq) da debütü uğurlu alınıb. Milli üzvü gürcüstanlı Giorgi Qoqritçianini (8:4), italiyalı Raffaele Matrullonu (10:0) və isveçrəli Umar Mavlayevi (3:1) üstələyərək finala yüksəlib. Fərid həlledici görüşdə rusiyalı Arsen Balayanla üz-üzə gələcək.
Rəhman İmanov (57 kq) təsnifat mərhələsində rusiyalı (U20) Avopa çempionu və dünya ikincisi Lev Pavlova 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla qarşılaşacaq.
Murad Haqverdiyev (65 kq) ispaniyalı Felipe Millaya 5:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, rusiyalı (U17) Avropa çempionu Amal Candubayevə məğlub olub – 4:8. Rəqib finala yüksəldiyi üçün Murad sabah təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovla güləşəcək.
Abdulcəlil Şabanov (97 kq) təsnifat mərhələsində ermənistanlı Sergey Sargsyana (3:11) uduzub.
Qeyd edək ki, martın 14-dək davam edəcək Avropa çempionatına Azərbaycanın 27 güləşçisi yollanıb.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi dünya çempionatında qızıl medal qazanıb
Azərbaycan güləşçisi dünya çempionu olub
Azərbaycan güləşçiləri Belarusda üç medal qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
