Azərbaycanın çimərlik voleybolu millisi Latviya açıq çempionatında iştirak edib
Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu millisi Latviya açıq çempionatında iştirak edib.
"Sizinxeber.az" Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) çıxış edib.
Olimpiya sistemi ilə keçirilən turnirdə milli uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.
Qeyd edək ki, fevralın 8 və 9-da təşkil olunan yarışda səkkiz komanda mübarizə aparıb. Fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan təmsilçisi burada daha bir neçə turnirdə iştirak edəcəklər.
Oxşar xəbərlər
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə beynəlxalq yarışda iştirak edəcəklər
Çimərlik voleybolu üzrə Azərbaycan millisi Misirə yollanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
