Azərbaycanın çimərlik voleybolçuları Türkiyədə beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçiriləcək “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcəklər.
Voleybol Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, təmsilçilərimiz bu gün qardaş ölkəyə yola düşüblər.
Yarışda ölkəmizi 3 qadın (Səbinə Əlizadə - Lizi Latsabidze; Nərmin Səmədzadə - Fidan Əhmədxanov; Larisa Smetsova - Çinarə Quliyev) və üç kişi (Vadim Kutukov - Heydər Məmmədli; Nəriman Bayramlı - Muhammad Aslanlı, İbrahim Məmmədov - Aqşin Ağazadə) komandası təmsil edəcək.
Kişilər İqor Olefirin, qadınlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında yarışacaqlar.
Qeyd edək ki, bu gündən startı veriləcək və sentyabrın 9-na qədər davam edəcək “Bioderma Pro Beach Tour” açıq çempionatında yarışacaq komandalar FIVB reytinq xalları qazanacaq.
Oxşar xəbərlər
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycan Çexiyadakı Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
