"Quba"nın baş məşqçisi: "Sumqayıt" üzərindəki qələbə komandamıza stimul verəcək"
sizinxeber.az xəbər saytı

"Quba"nın baş məşqçisi: "Sumqayıt" üzərindəki qələbə komandamıza stimul verəcək"


"Sumqayıt" üzərindəki qələbə komandamıza stimul verəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının XIV turunda "Sumqayıt" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:

"Artıq mən də məğlubiyyətdən yorulmuşdum. Dünənki məşqdə demək olar ki, yarım saat söhbət etmişik. Komandada sanki qələbə ruhu itmişdi. "Sumqayıt" çox yaxşı komandadır. Deyərdim ki, rəqiblərin gücləri eynidir. Baş məşqçi olaraq rəqiblərin gücünə bələdəm. Əvvəl də demişəm ki, bu qrupda hər bir komanda digərinə qalib gələ bilər"

Qeyd edək ki, "Quba" - "Sumqayıt" qarşılaşması birincilərin 90:80 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqasının XIV turunda "Quba" "Sumqayıt"a qalib gəlib
"Sumqayıt"ın baş məşqçisi: "Şəki" ilə oyuna çox yaxşı köklənmişdik"
"Sumqayıt"ın baş məşqçisi: "Ardıcıl qələbələrlə turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq istəyirik"
"Ordu"nun baş məşqçisi: "Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim"
"Quba"nın basketbolçusu: "Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər