"Quba"nın basketbolçusu: "Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"
sizinxeber.az xəbər saytı

"Quba"nın basketbolçusu: "Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"


“Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Quba”nın gürcüstanlı basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasının XIV turunda qarşılaşacaqları “Sumqayıt”la matça hazırlıqlarla bağlı deyib.

O, bundan öncəki bəzi görüşlərdə şanssızlıq səbəbindən məğlub olduqlarını vurğulayıb:

“Təəssüf ki, son görüşdə də uduzduq. Həmin oyundan sonra da hazırlığı davam etdirmişik. Qələbə qazanmağa yaxın olduğumuz görüşləri şanssızlıqla uduzmuşuq. Təbii ki, daha yaxşı olmaq üçün çalışırıq, bu haqda düşünürük”.

L.Qoqaladze meydançanın hər qarışı uğrunda mübarizə aparacaqlarını söyləyib:

“Bu gün “Sumqayıt”la qarşılaşacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. “Sumqayıt”la bu mövsüm ümumi hesabımız 1:1-dir. Ona görə də meydanın hər qarışı uğrunda mübarizə aparacağıq. Ümidvaram ki, istəyimiz reallaşar”.

Qeyd edək ki, “Quba” - “Sumqayıt” matçı “Sərhədçi” İdman Mərkəzində, saat 19:00-da başlayacaq.

Oxşar xəbərlər

"Lənkəran"ın basketbolçusu: "Heyətdəki itkilər “Gəncə” ilə oyunda mənə şans yaratdı"
"Quba"nın basketbolçusu: Ümid edirəm ki, ilk "4-lük" uğrunda mübarizə aparacağıq"
"Gəncə"nin basketbolçusu: "İlk oyunda qələbə qazanmağımız çox vacib idi"
"Ordu"nun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm"
"Sumqayıt"ın basketbolçusu: "Məğlub olduğumuz oyunlara tam hazır deyildik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər