Avropa Kuboku: Azərbaycanın həndbol klublarının oyunlarının proqramı açıqlanıb
Azərbaycanın həndbol klublarının Avropa Kubokunda keçirəcəkləri oyunların proqramı açıqlanıb.
Həndbol Federasiyasının mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, qadınlar arasında ölkə çempionu “Qarabağ” mübarizəyə 1/32 finaldan başlayacaq.
İlk rəqib Lüksemburqun “Differdanj” klubu olacaq. Qarşılıqlı razılaşmaya əsasən, mərhələnin hər iki oyunu Bakıda baş tutacaq. Oktyabrın 5-də “AHF Arena” İdman Kompleksində keçiriləcək ilk matçda “Qarabağ” nominal meydan sahibi olacaq. Qarşılaşma saat 14:45-də start götürəcək. Bu komandaların cavab matçı isə oktyabrın 6-da, eyni saatda keçiriləcək.
Turnirdəki digər təmsilçimiz “Azəryol” da rəqibi ilə Bakıda, “AHF Arena”da qarşılaşacaq. Ukraynanın “Qaliçanka” klubu ilə matçlar oktyabrın 5-də və 6-da, saat 17:00-da reallaşacaq.
Qadınlar arasında Azərbaycan kubokunun qalibi “Kür” isə Yunanıstan təmsilçisi “İonias” ilə səfərdə üz-üzə gələcək. Oktyabrın 5-də Afinanın Gimnastika Arenasında keçiriləcək ilk matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səslənəcək. Ertəsi gün bu komandaların dueli saat 17:30-da start götürəcək.
Kişi həndbolçulardan ibarət “Kür” klubu Avropa Kubokunda mübarizəyə “Parnassos Strovolu” komandası ilə oyunlarla başlayacaq. Kipr təmsilçisi ilə qarşılaşmalar Mingəçevirdə Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. İlk oyun oktyabrın 26-da, saat 17:00-da, cavab matçı isə bir gün sonra, saat 16:00-da keçiriləcək.
Kişilər arasında ölkə çempionatının gümüş mükafatçısı “Bakı” isə Monteneqronun “Lofçen Çetinye” komandası ilə hər iki matçı səfərdə keçirəcək. Oktyabrın 26-na və 27-nə təyin olunan qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
FIBA Avropa Kuboku: "Sabah"ın sonuncu rəqibi və oyunlarının təqvimi dəqiqləşib
Futzal üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
