Orxan Hüseynzadə: Güclü rəqiblərə qalib gəlib, qızıl medalları Azərbaycana gətirdik
Çox çətin görüşlərimiz oldu. Hər iki komanda – həm qadınlar, həm kişilər qrup mərhələsini yekunlaşdırdı.
“Report” xəbər verir ki, bunları "Azərreyl" klubunun kişilərdən ibarət komandasının məşqçisi Orxan Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
“Pley-of mərhələsində də çətin oyunlarımız oldu. Macarıstan klubu ilə gərgin oyun keçirdik. Şükür, qalib gəldik. Etiraf edim ki, mənim üçün çox çətin idi. Framsadakı hava şəraiti burdakı kimi deyildi, yağmurlu hava hökm sürürdü. Düzdür, oyunlar hər bir halda qaydalara görə keçirilirdi”.
O, qeyd edib ki, rəqiblər güclü olub: “Məsələn, İspaniya klubu güclü idi, finalda da onlarla oynadıq. Həm qadınlar, həm də kişilərdən ibarət komanda gərgin oyunlar keçirdi. Lakin birinci yerə yiyələndik və qızıl medalları Azərbaycana gətirdik. Çox sevincli, qürurluyuq”.
Xatırladaq ki, "Azərreyl" klubunun kişilərdən ibarət komandası oktyabrın 13-də Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb. Bakı təmsilçisi həlledici matçda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə qarşılaşıb.
İki görüşün birində "Azərreyl" (2:1), digərində İspaniya təmsilçisi (2:1) qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.
Oxşar xəbərlər
Azərbaycanın Avropa Kubokunun qalibi olmuş voleybolçuları Vətənə qayıdıb
Azərbaycan klubu Avropa Kubokunun qalibi adını qazanıb
Avropa Kuboku: "Azərreyl" çempion olub
"Azərreyl"in meneceri: "Qatıldığımız hər bir yarışda əsas hədəfimiz birinci olmaqdır"
"Azərreyl" klubu Avropa Kubokunda iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
