Azərbaycanın Avropa Kubokunun qalibi olmuş voleybolçuları Vətənə qayıdıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın Avropa Kubokunun qalibi olmuş voleybolçuları Vətənə qayıdıb


Oktyabrın 10-dan 13-dək Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanmış "Azərreyl" klubunun qadın və kişilərdən ibarət komandaları Vətənə qayıdıblar.

“Report” xəbər verir ki, Azərbaycanın çimərlik voleybolçularını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Hava limanında voleybolçuları ictimaiyyət nümayəndələri, jurnalistlər, idman azarkeşləri qarşılayıblar.

Qeyd edək ki, oktyabrın 13-də "Azərreyl" klubunun kişilərdən ibarət komandası Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb. Bakı təmsilçisi həlledici matçda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandası ilə qarşılaşıb. İki görüşün birində "Azərreyl" (2:1), digərində İspaniya təmsilçisi (2:1) qalib gəlib. Qalibi müəyyənləşdirmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz Avropa Kubokunda çempion adına yiyələnib.

"Azərreyl"in qadınlardan ibarət komandası da Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi adını qazanıb.

Oxşar xəbərlər

Azərbaycan klubu Avropa Kubokunun qalibi adını qazanıb
Avropa Kuboku: "Azərreyl" çempion olub
Avropa Kuboku: Azərbaycan komandası Fransa təmsilçisini məğlub edib
Avropa Kuboku: “Azərreyl” 1/4 finalda Türkiyə təmsilçisi ilə üz-üzə gələcək
Avropa Kuboku: "Azərreyl"in kişi və qadınlardan ibarət komandaları bu gün final matçını keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər