"Sabah"ın basketbolçusu Hassani Qravett: "İkinci dəfə MVP seçilmək mənim üçün çox dəyərlidir"
sizinxeber.az xəbər saytı

"Sabah"ın basketbolçusu Hassani Qravett: "İkinci dəfə MVP seçilmək mənim üçün çox dəyərlidir"


Azərbaycan Basketbol Liqasında ikinci dəfə müntəzəm mövsümün MVP-si seçilmək "Sabah"ın oyunçusu Hassani Qravett üçün çox dəyərlidir.

29 yaşlı amerikalı idmançı bu barədə "Report"a açıqlamasında bildirib.

O, müntəzəm mövsümün A qrupunda ən yaxşı basketbolçu olması ilə bağlı fikirlərini bölüşüb:

"Müntəzəm mövsümün ən yaxşısı seçilmək böyük şərəfdir. Bu mükafatı ardıcıl 2 dəfə qazanmaq isə çox dəyərlidir. Azərbaycanda basketbolun inkişaf etdiyi bir dövrdə bu tarixin bir parçası olmaqdan qürur duyuram. Harada oynamağımdan asılı olmayaraq, hər zaman əlimdən gələni etməyə və öz izimi görməyə çalışıram".

H.Qravett nümunəvi oyunçu olmaq istədiyini sözlərinə əlavə edib:

"Daim anlayıram ki, yalnız oynadığım komandanı deyil, həm də arxamda daşıdığım adı təmsil edirəm. Ailəmdə ilk peşəkar idmançıyam və bu yolu davam etdirərkən, gələcək nəsillər üçün nümunə olmaq, standartları mümkün qədər yüksəltmək üçün var gücümlə çalışıram. Ümid edirəm ki, məndən sonra gələnlər üçün motivasiya mənbəyi ola biləcəyəm".

Xatırladaq ki, Hassani Qravett Azərbaycan Basketbol Liqasının A qrupunda müntəzəm mövsümün MVP-si seçilib.

Oxşar xəbərlər

Amerikalı qolfçu mövsümün ən yaxşısı adına layiq görülüb
Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turuna yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turuna yekun vurulub
39 yaşlı basketbolçu NBA tarixində ən çox assist edən ikinci oyunçu olub
Azərbaycanlı basketbolçu: "Komandadakı dəyişikliklər bizə əlavə güc verdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər