Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turuna yekun vurulacaq
Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna yekun vurulacaq.
“Sizinxeber.az”un məlumatına görə, ilk olaraq "Sabah" "Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək.
Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 12:30-da başlayacaq.
Günün sonuncu qarşılaşmasında isə "Gəncə "Sumqayıt"la üz-üzə gələcək. Saat 14:00-da start götürəcək matç Gəncə İdman Sarayında baş tutacaq.
A qrupuna 34 xalla "Sabah" basketbolçuları başçılıq edir. Onları 34 xalla "Naxçıvan" klubu izləyir.
B qrupunda isə "Gəncə" 33 xalla ikincidir. 27 xalı olan "Sumqayıt" dördüncü sırada yer alıb.
Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" isə NTD-ni 103:77 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: Bu gün X tura yekun vurulacaq
Bu gün Azərbaycan Basketbol Liqasında XIII tura yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulur
Azərbaycan Basketbol Liqasında XVII tura iki oyunla yekun vurulacaq
Azərbaycan Basketbol Liqasında XVI tura 2 oyunla yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











