"Gəncə"nin baş məşqçisi Halil Atlı: "Mövsümü ən yaxşı yerdə bitirmək istəyirik"
"Gəncə" basketbol komandası mövsümü ən yaxşı yerdə bitirmək istəyir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Türkiyəli mütəxəssis "Lənkəran"ı 101:77 hesabı ilə üstələdikləri Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunundan sonra fikirlərini bölüşüb:
"Növbəti rəqibimiz "Ordu"dur. Oyun-oyun düşünüb, addım-addım hədəfimizə doğru irəliləyəcəyik. Mövsümü ən yaxşı yerdə bitirmək istəyirik".
H.Atlı bugünkü qarşılaşmadan sonra rəqibi də təbrik edib:
"Xüsusən də baş məşqçi Georgi Kondruseviçi təbrik etməliyəm. Bilirəm ki, iki mövsümdür ağır şərtlər altında iş görməyə çalışır. Sıxıntılı dövrlərdən keçdilər. Buna baxmayaraq, komanda bura qədər gəlib çıxdı. Onlar üçün mövsüm tamamlandı. Biz yolumuza davam edirik. Oyunda bütün rotasiyamızdan istifadə etməyə çalışdıq. Hamı qələbədə pay sahibi oldu, xoşbəxtəm".
Xatırladaq ki, komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55.
Oxşar xəbərlər
"Gəncə"nin baş məşqçisi: "Kubokda yolumuza davam etməyə layiqik"
“Gəncə”nin baş məşqçisi: "Bu mövsüm yaxşı işlər gördük"
"Gəncə"nin baş məşqçisi: "Yaxşı mübarizə apardıq"
"Gəncə"nin baş məşqçisi: "Səfər oyunları heç vaxt asan olmur"
"Gəncə" klubunun baş məşqçisi azarkeşlərdən halallıq istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
