"Gəncə" klubunun baş məşqçisi azarkeşlərdən halallıq istəyib
"Gəncə" basketbol klubunun baş məşqçisi Halil Atlı azarkeşlərdən halallıq istəyib.
"Report" xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin üçüncü matçında "Şəki"yə məğlub olaraq mübarizəni dayandırmalarına münasibət bildirib.
O, komandanın azarkeşlərinə təşəkkür edib:
“Hər şeydən əvvəl mövsum ərzində bizə dəstək verən azarkeşlərə təşəkkür edirəm. Onları sevindirməyə çalışdıq. Mən bura gələndə basketbola küskün olan Gəncə var idi. Bu çempionatda gördüyümüz işlərlə insanların sevgisini təkrar qazanan komanda gördüm. Öz adıma deyə bilərəm ki, qurduğum komandaya görə çox xoşbəxtəm. Oyunçularıma xarakterlərinə və verdikləri mübarizəyə görə minnətdaram. Mənə problem yaşatmadılar. Texniki heyətə, köməkçimə, menecerimizə, həkimə və bizə yardımçı olan hər kəsə təşəkkürümü bildirirəm".
Türkiyəli mütəxəssis əlindən gələni etdiyini vurğulayıb:
"Bu mövsüm “Gəncə” üçün yaxşı işlər görmək istərdik. Arxaya dönüb baxanda kubokda final oynayan, pley-offa vəsiqə qazanan bir kollektiv qurmağı bacardığımızı görürəm. Bura gələndə ilk hədəfimiz yenidən pley-offlarda oynamaq idi. Bu istəyimizə çatdıq. Bütün azarkeşlərdən halallıq istəyirəm. Məşqçi kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. "Sıxıntıları necə dəf edə, yaxşı gördüyümüz işləri necə daha da inkişaf etdirə bilərik" deyə düşündük. Federasiya rəhbərliyinə də təşəkkür edirəm, bizə fəaliyyətimiz üçün yaxşı imkanlar yaratdılar”.
Qeyd edək ki, pley-off mərhələsində "Şəki" ilə üç oyun keçirən "Gəncə" ümumi hesabda məğlub olub - 1:2.
Oxşar xəbərlər
“Gəncə”nin baş məşqçisi: "Bu mövsüm yaxşı işlər gördük"
"Gəncə" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib
"Gəncə"nin baş məşqçisi: "Bəzi oyunçular xəstə olsalar da, meydana çıxmışdılar"
"Gəncə"nin baş məşqçisi "Şəki" ilə oyunu dəyərləndirib
"Neftçi" basketbol klubunun məşqçisi: "Var gücümlə çalışacağam ki, etimadı doğruldum"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












