Sizinxeber.az » İdman » Komanda » "Neftçi" İK-nın yeni baş məşqçisi: "Bu klubdan təklif alanda düşünmədən qəbul etməlisən"

"Neftçi" İK-nın yeni baş məşqçisi: "Bu klubdan təklif alanda düşünmədən qəbul etməlisən"

"Neftçi" İK futzal klubunun yeni baş məşqçisi Fuad Rzayev paytaxt təmsilçisinə gəldiyi üçün özünü xoşbəxt sayır.

Bunu "Report"a açıqlamasında mütəxəssis özü bildirib.

O, üzərində böyük məsuliyyət olduğunu söyləyib:

"Bu kluba baş məşqçi təyin olunduğum üçün üzərimdə böyük məsuliyyət var. "Neftçi" Azərbaycanın tarixi komandasıdır. Bu kollektivdən təklif alanda insan düşünmədən qəbul etməlidir. Hazırkı "Neftçi" rəhbərliyində peşəkar şəxslər təmsil olunur. Onlarla çalışmaq çox maraqlı olacaq. Çünki rəhbərlik nə istədiyini bilir və onların hədəfləri va".

F.Rzayev komandaya yeni oyunçuların cəlb olunduğunu vurğulayıb:

"Yerli və əcnəbi oyunçuların heyətə cəlb edilməsi üzərində işlər aparırıq. Təbii ki, istədiyimiz effekti almaq bir az vaxt apara bilər. Ölkədə yerli oyunçuların az olması işimizi çətinləşdirir. Lakin rəhbərliyin dəstəyi sayəsində kluba legioner futzalçılar dəvət olunub. Çempion olmağı hədəfləyirik. "Neftçi"nin adı ən yüksəklərdə olmalıdır".

Qeyd edək ki, Fuad Rzayev baş məşqçi postunda İlkin Hacıyevi əvəzləyib. "Neftçi" İK ötən mövsüm Azərbaycan Yüksək Liqasını 43 xalla üçüncü sırada tamamlayıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !