"Neftçi" İK futzal klubunda dəyişikliklər olub, yeni baş məşqçi açıqlanıb
sizinxeber.az xəbər saytı

"Neftçi" İK futzal klubunda dəyişikliklər olub, yeni baş məşqçi açıqlanıb


Futzal üzrə Azərbaycan Yüksək Liqasında ötən mövsümü üçüncü pillədə başa vuran “Neftçi” İK yay transfer dövründə heyətində dəyişikliklər edib.

Azərbaycan Futzal Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə, baş məşqçi postunda İlkin Hacıyevi Fuad Rzayevlə əvəzləyən “ağ-qaralar” Namiq Məmmədkərimov, Eldar Zeynalov, Mirzə Əmirov, Adil İsmayılov, Zaur Həsənov, Xətai Bağırov, İsa Atayev və Seymur Məmmədovla yollarını ayırıb.

Əvəzində “Baku Fire”dən Nihat İsmayılov, Kamran Hacıyev, Tofiq Əliyev komandaya cəlb edilib. Yerli futzalçılarla bərabər legioner axtarışını da davam etdirən paytaxt klubu Dias Ramos Lukas və Senciel Miolli Allekslə ortaq məxrəcə gəlib.

Oxşar xəbərlər

Azərbaycanın futzal millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
Azərbaycanın futzal millisinin Afinaya gedəcək yekun heyəti açıqlanıb
Azərbaycan futzal millisinin İsveçlə oyun üçün heyəti açıqlanıb
Azərbaycanın futzal millisinin hazırlıq üçün heyəti açıqlanıb
Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün yekun heyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər