Taysona qalib gələn Ceyk Pol Makqreqora döyüşməyi təklif edib
sizinxeber.az xəbər saytı

Taysona qalib gələn Ceyk Pol Makqreqora döyüşməyi təklif edib


Mayk Taysonu məğlub edən bloqer Ceyk Pol irlandiyalı qarışıq döyüş ustası Konor Makqreqora döyüş təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Hörmətli Konor, bilirəm ki, komandama mənimlə orta çəkidə döyüşəcəyini söyləmisən. Bu heç vaxt baş verməyəcək. Ancaq gəl MMA döyüşü keçirək. Çəki kateqoriyası olmadan - əvvəllər olduğu kimi. Amma sən istəmirsən," - Pol yazıb.

Ötən gün 27 yaşlı Pol boks döyüşündə 58 yaşlı Mayk Taysonu məğlub etmişdi. Hər biri iki dəqiqədən ibarət səkkiz raund davam edən döyüş hakimlərin yekdil qərarı ilə bloqerin xeyrinə yekunlaşıb. Bildirilir ki, Pol döyüş üçün 40 milyon dollar, Tayson isə 20 milyon dollar qazanıb.


Oxşar xəbərlər

Mayk Tayson tanınmış bloqerə məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mayk Tayson - Ceyk Pol döyüşündə qalib bəlli olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tayson-Pol döyüşünün qalibi bəlli oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konor Makqreqorun növbəti döyüşünün vaxtı bəlli oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukraynaya 425 milyon dollar dəyərində silah paketi ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər