"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub
sizinxeber.az xəbər saytı

"Turan Tovuz" Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub


“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasında 100-cü qolu vurub.

"Sizinxeber.az"un Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, bu, VIII turun “Şamaxı” ilə matçına təsadüf edib.

2:2 hesabı ilə başa çatan görüşdə sonuncu qolun müəllifi olan Kristian da Silva qonaqların yubiley topuna imza atıb.

Premyer Liqada 3-cü mövsümünü keçirən “Turan Tovuz” 100-cü qolu 80-ci oyununda vurub. Qərb təmsilçisinin orta məhsuldarlığı 1,25-ə bərabərdir. Tovuz klubu evdə 55, səfərdə 45 dəfə fərqlənib.

Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində 100 və daha çox qol vuran 32-ci komandadır.

Oxşar xəbərlər

“Turan Tovuz” yubiley qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Şamaxı" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" "Qarabağ"a qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"a qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər