Azərbaycanda klub prezidenti cərimələndi
sizinxeber.az xəbər saytı

Azərbaycanda klub prezidenti cərimələndi


AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10.000 manat cərimələyib.

Axar.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, buna "Kəpəz"ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun "Kəpəz" – "Sumqayıt" oyunu bitdikdən sonra "Sumqayıt" komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyuna buraxılmayacaq, "Sumqayıt" komandası 5000 manat cərimə edilib (maddə 51.1);

2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun "Kəpəz" – "Sumqayıt" oyunu bitdikdən sonra "Sumqayıt" komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyuna buraxılmayacaq, "Sumqayıt" komandası 5000 manat cərimə edilib (maddə 87.1, 19).

Oxşar xəbərlər

"Sumqayıt" klub prezidenti və baş məşqçiyə görə cərimələnib
Azərbaycanda üç klub 16 min manat cərimələndi
AFFA "Neftçi" və "Kəpəz"i azarkeşlərinə görə cəzalandırıb
AFFA dörd klubu cərimələyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər