sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Sumqayıt" klub prezidenti və baş məşqçiyə görə cərimələnib
AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10 min manat cərimələyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Kəpəz"ə qarşı Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.
Qarşılaşma bitdikdən sonra "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olub. O, ikisi şərti olmaqla 5 oyunluq cəza ilə üzləşib. "Kimyaçılar"a buna görə 5 min manat cərimə tətbiq edilib.
Komandanın baş məşqçisi Saşa İliç də sözügedən qarşılaşmada birbaşa qırmızı vərəqə alıb. O, növbəti 2 görüşdə texniki zonada yer almayacaq və klub buna görə 5 min manat ziyana düşüb.
Oxşar xəbərlər
AFFA İntizam Komitəsi "Neftçi"ni 26200 manat cərimələyib
AFFA Premyer Liqada çıxış edən dörd klubu cərimələyib
Azərbaycan Premyer Liqasında çıxış edən beş klub cərimələnib
AFFA İntizam Komitəsi hakimləri təhdid edən məşqçiyə beş oyunluq cəza verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
